Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyənləşdi

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyənləşdi


Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.скачать dle 10.6фильмы бесплатно
24-02-2023, 16:09
Baxıs: 267
Reyting: