Bayram günlərində elektrik qatarlar hansı qrafiklə işləyəcək? - CƏDVƏL

Bayram günlərində elektrik qatarlar hansı qrafiklə işləyəcək? - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Manset.az-a qurumdan məlumat daxil olub.

Bayram günləri ilə əlaqədar Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq əlavə qatarlar xəttə buraxılacaq.

Qatarlar Bakıdan dekabrın 30-da saat 19:00-da, dekabrın 31-də saat 09:00-da, yanvarın 3-də saat 19:00-da, Gəncədən isə dekabr 31-də saat 09:00-da və saat 14:30-da, yanvarın 4-də isə saat 09:00-da yola düşəcək.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Qrafik üzrə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.

Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində qeyri-iş günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.скачать dle 10.6фильмы бесплатно
28-12-2022, 11:34
Baxıs: 483
Reyting: