2 ölkə müharibənin astanasında - Ordu və polisə "hazır ol" əmri verildi

2 ölkə müharibənin astanasında - Ordu və polisə "hazır ol" əmri verildi

Serbiya ilə Kosovo arasında bir müddətdir davam edən gərginlik pik həddə çatıb.
Serbiya prezidenti Aleksandr Vuçiçin orduya və polisə bu gecədən etibarən “hazır ol” əmri verdiyi bildirilir.
Müdafiə naziri Miloş Vuçeviç de Vuçiçin Serbiya ordusuna "ən yüksək döyüş hazırlığında" olma təlimatı verdiyini ifadə edərək, bunun lazım gələrsə, silahlı qarşıdurma anlamına gələ biləcəyini söyləyib.
Vuçeviç bildirib ki, panikaya yer yoxdur:
"Ancaq narahatlıq üçün yerlər var. Belə görünür ki, yalnız Serbiya problemlərin siyasi razılaşma yolu ilə həll olunacağına inanır. Qarşı tərəf (Kosovo) daim təkbaşına hərəkət edir".
Daxili işlər naziri Bratislav Qasiç də prezident Vuçiçin polisə "hazır ol" əmri verdiyini və məqsədin Kosovodakı serbləri qorumaq olduğunu bildirib.
скачать dle 10.6фильмы бесплатно
27-12-2022, 11:03
Baxıs: 581
Reyting: