Bayram günlərində rayonlara gedəcək şəxslərə ŞAD XƏBƏR

Bayram günlərində rayonlara gedəcək şəxslərə ŞAD XƏBƏR

“Azərbaycan Dəmir Yolları” QSC qarşıdan gələn Yeni il bayramı günlərində Bakı-Gəncə-Bakı qatarlarının sayını artıracaq.
Bu barədə səhmdar cəmiyyəti xəbər verir.
Məlumata görə, həmin günlərdə qurumun bütün strukturları gücləndirilmiş iş rejimində çalışacaq. Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq xəttə əlavə qatarlar buraxılacaq.
Qatarlar Bakıdan 30 dekabr saat 19:00-da, 31 dekabr saat 09:00-da, 3 yanvar saat 19:00-da, Gəncədən isə 31 dekabr saat 09:00-da və saat 14:30-da, 4 yanvar tarixində isə saat 09:00-da yola düşəcək.
Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Qrafik üzrə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.
Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində qeyri-iş günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.скачать dle 10.6фильмы бесплатно
21-12-2022, 15:37
Baxıs: 558
Reyting: