UniBank özü nə idi ki LeoBankı da nə olsun... - Müştəri bankı İFŞA ETDİ

UniBank özü nə idi ki LeoBankı da nə olsun... - Müştəri bankı İFŞA ETDİ

"LeoBank" kartının böyük bir nöqsanından yazmaq istəyirəm, bilməyən insanlar bu tələyə düşməsinlər". Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Fuad Hafiz adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Deməli, bu bankda guya "Güzəşt Müddəti" deyilen funksiya var, 60 gün ərzində vəsaitdən istifadəyə görə faiz tutmur guya. Siz kartdan istifadə edirsiniz və 1,2,3 ay sonra da olsa, əgər istifadə olunan məbləğin son 10 manatını belə qaytarmasanız (məndə təsadüfən son gün yaddan çıxdı) bu bank sizdən 1 ayın yox, 2 ayın yox, kartı istifadə etdiyiniz BÜTÜN AYLAR ÜÇÜN faiz tutur!

Yəni ki, bu güzəşt müddəti deyilən funksiya tam bir yalandan verilən sözdür... Bircə dəfə məbləği bağlamağı unudursuz və 1 ayın deyil, bütün ayların faizini ödəyirsiniz.
Növbəti fırıldaq növü, diqqetli olun..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...скачать dle 10.6фильмы бесплатно
7-12-2022, 10:14
Baxıs: 346
Reyting: