"OBA" marketdən oğurluq edənlər SAXLANILDI

"OBA" marketdən oğurluq edənlər SAXLANILDI

Xaçmazda "OBA" marketdən seyf oğurlayan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslər rayon ərazisində olan "Oba" marketdən içərisində 2000 (iki min) manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını səmimi etiraf ediblər.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
6-12-2022, 09:55
Baxıs: 363
Reyting: