Azərbaycanda ofisiant dönərçini bıçaqladı

Azərbaycanda ofisiant dönərçini bıçaqladı

Göyçayda ofisiant dönərçini bıçaqlayıb.
Hadisə şəhər ərazisində yerləşən kafelərin birində baş verib. Ofisiant işləyən rayon sakini Ələkbər Süleymanov iş yoldaşı, kafedə dönərçi kimi çalışan Mansur Musayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyiin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb: "Zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə - tibbi ekspertizası təyin edilib. Faktla bağlı polis şöbəsində istintaq araşdırmaları davam etdirilir".скачать dle 10.6фильмы бесплатно
29-10-2022, 13:06
Baxıs: 575
Reyting: