Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırıldı

Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırıldı

Beyləqanda 14 yaşlı şagird məktəbdən evə qayıdarkən qaçırılıb.

Hadisə Beyləqan rayonunun Qaralılar kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü qızın anası iddia edir ki, övladı həmkəndlisi tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb.

Onun sözlərinə görə, hadisə 2 gün əvvəl günorta saatlarında orta məktəbin yaxınlığında baş verib.

Hadisəni eşidən kimi qızın yaxınları dərhal polisə məlumat veriblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı "Xəzər Xəbər"ə bildirib ki, əməliyyat tədbirləri nəticəsində qaçırılan qız tapılıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.скачать dle 10.6фильмы бесплатно
10-10-2022, 09:32
Baxıs: 308
Reyting: