allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info ADY-dən qarlı hava şəraiti ilə bağlı sərnişinlərə MÜRACİƏT » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

ADY-dən qarlı hava şəraiti ilə bağlı sərnişinlərə MÜRACİƏT

ADY-dən qarlı hava şəraiti ilə bağlı sərnişinlərə MÜRACİƏT

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti kəskin hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib.

Arazxeber.az xəbər verir ki, qatarların hərəkətindən gecikmə ehtimalı var.

“Hörmətli sərnişinlər, Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər.

Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.

Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik”, – deyə məlumatda qeyd olunub.
07:59
Baxıs: 29680
Reyting: