allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bu il “Instagram”da ən çox bəyənilən 10 PAYLAŞIM » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bu il “Instagram”da ən çox bəyənilən 10 PAYLAŞIM

Bu il “Instagram”da ən çox bəyənilən 10 PAYLAŞIM

“Instagram”da 2021-ci ilin ən populyar paylaşımların siyahısı açıqlanıb.

ARAZXEBER.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu siyahıda Messi 3 fərqli şəkil ilə yer tutub. Amma birinci yerin sahibi başqadır.

İlin ən çox bəyənilən “Instagram” postlarını təqdim edirik:

Siyahıda birinci yerin sahibi Kriştiano Ronaldodur. Belə ki, portuqaliyalı futbolçu oktyabrın 28-də sevgilisinin hamilə olduğunu açıqladığı paylaşımı 32.3 milyon bəyənmə alıb.

Məşhur pop ulduzu Ariana Qrande mayın 26-da paylaşdığı toy şəkli 26.7 milyon bəyənmə toplayıb.

Kayli Cenner may ayında Travis Skot ilə ikinci övladlarını gözlədiklərini açıqlamışdı. Onun hamilə olduğunu bildirdiyi video 24 milyon insan tərəfindən bəyənilib.

Məşhur müğənni Billi Eliş martın 17-də saçındakı dəyişikliyi öz “Instagram” səhifəsində paylaşmışdı. Onun bu postu 23 milyon “like” alıb.

Siyahının 5-ci yerinin sahibi argentinalı futbolçu Lionel Messidir. Onun avqustun 11-də Paris Sen-Jermen (PSJ) komandasına transfer olduğunu təsdiqləyən paylaşımı 22.1 milyon bəyənmə toplayıb.

Altıncı yerdə müğənni Billi Elişin ikinci ən populyar şəklidir. Bu post 22.1 milyon insan tərəfindən bəyənilib.

Futbol ulduzu Lionel Messi avqustun 8-də Barselona komandasından ayrıldığını bu şəkillə elan etmişdi. Həmin paylaşıma 21.2 milyon bəyənmə gəlib.


Siyahının 8-ci yerinin sahibi 22 milyon bəyənmə ilə yenə Lionel Messidir. Onun iyulun 11-də paltardəyişmə otağında çəkilmiş şəkli ən populyar paylaşımlar sırasına daxil olub.


Iron Şor Mermeyd hesabından paylaşılan video isə 20.2 milyon bəyənmə toplayaraq siyahının 9-cu yerində qərar tutub.


Siyahının sonuncu, yəni ən populyar 10-cu paylaşımı isə “Hörümçək adam” Tom Hollandın sevgilisi aktrisa Zendaya ilə çəkdirdiyi ad günü şəklidir. Onların bu postu 19.6 milyon bəyənmə alıb.
06:53
Baxıs: 100000
Reyting: