Ali məktəblər ənənəvi təhsilə qayıdır - RƏSMİ

Ali məktəblər ənənəvi təhsilə qayıdır - RƏSMİ

Bu il ölkənin ali məktəblərində tədris ənənəvi formada təşkil olunacaq.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Qurum rəsmisi bildirib ki, universitetlər ümumilikdə dərsləri istədikləri formada təşkil edə bilərlər.

Universitetlərdən isə Modern.az-a verilən məlumata görə, tədris əsasən ənənəvi formada keçiriləcək. Belə ki, bu il Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti tədrisi ənənəvi formada təşkil edəcək.

Bakı Dövlət Universitetində isə təhsilin hansı formada olacağı bəlli deyil.

Qeyd edək ki, pandemiya səbəbindən universitetlərdə tədris hibrid formada təşkil edilmişdi.скачать dle 10.6фильмы бесплатно
6-09-2022, 15:46
Baxıs: 367
Reyting: