Bu gündən ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlayır

Bu gündən ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlayır

Bu gündən ali təhsil müəssisələrinin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlayır.

Bu barədə Manset.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında verilib. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı isə jurnalın 7-ci sayında dərc olunacaq.

Qeyd edək ki, ali məktəblərdə qruplar üzrə ümumilikdə 2451 (4,78%) plan yeri boş qalıb. Minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 285-dir (2,78%).скачать dle 10.6фильмы бесплатно
2-09-2022, 10:10
Baxıs: 385
Reyting: