15 yaşlı oğlanın zibilikdən tapdığı qumbara partladı - qadın xəsarət aldı

15 yaşlı oğlanın zibilikdən tapdığı qumbara partladı - qadın xəsarət aldı

Gəncədə 15 yaşlı uşağın zibillikdən tapdığı qumbaranı partlatması nəticəsində bir nəfər xəsarət alıb.

Şəhər sakini, 15 yaşlı Araz Qasımov (ad və soyad şərtidir) yaşadığı evin yaxınlığındakı məişət tullantıları qabının yanından qumbara alışdırıcısı tapıb. Həmin alışdırıcıya toxunarkən partlayış baş verib. Bu zaman ərazidən keçən N. Mustafayeva aşağı ətrafların, sol qolun və üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş yarası alaraq xəstəxayana müraciət edib. Araz Qasımov isə hadisədən xəsarətsiz ötüşüb. 

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfoскачать dle 10.6фильмы бесплатно
30-08-2022, 11:06
Baxıs: 404
Reyting: