Bu şəxslərə güzəşt tətbiq edilə bilər

Bu şəxslərə güzəşt tətbiq edilə bilər

Quru sərhədlər bağlıdır, aviabiletlərin qiyməti isə bahadır. Buna görə də xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilməsi təklif olunur.

Bu təkliflə çıxış edən millət vəkili Ceyhun  Məmmədov  deyib ki, qonşu Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrindən istifadədə tələbələrə güzəştlər edilir.

Burada məqsəd tələbələrin bir çox sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də dövlətin qayğısını hiss etmələridir.

Millət vəkili hesab edir ki, bu sahədə ölkəmizdə tələbələrə cuzi də olsa güzəştlər edilməlidir.

Bundan əlavə, Ceyhun Məmmədov ölkə ərazisində də tələbələrin ictimai nəqliyyatdan istifadəsində güzəştlərin edilməsini təklif edib.

Millət vəkili qeyd olunan təkliflərin tezliklə reallaşdırılacağına ümid etdiyini bildirib.

Xəzər Xəbərскачать dle 10.6фильмы бесплатно
22-08-2022, 09:20
Baxıs: 286
Reyting: