"Whatsapp"dan hamının gözlədiyi YENİ FUNKSİYA

"Whatsapp"dan hamının gözlədiyi YENİ FUNKSİYA

Məşhur mesajlaşma proqramı “WhatsApp” yeni məxfilik parametri əldə edəcək.

Tərtibatçılar istifadəçilərə telefon nömrələrini qrup üzvlərindən gizlətmək imkanı verəcək funksiyanı sınaqdan keçirirlər.

Qrupa qoşulduqda istifadəçi onun telefon nömrəsini kimin görəcəyini özü seçə biləcək. İlkin olaraq, nömrə bütün qrup üzvlərindən gizlədiləcək.

Yeni parametr qrup haqqında məlumat bölməsində yerləşir. Bu funksiya Android üçün “WhatsApp” beta 2.22.17.23 versiyasında peyda olub.

oxu.azскачать dle 10.6фильмы бесплатно
9-08-2022, 09:30
Baxıs: 431
Reyting: