Şuşada Beynəlxalq Media Forum başladı

Şuşada Beynəlxalq Media Forum başladı

Şuşada Beynəlxalq Media Forum başlayıb.

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici media nümayəndələri var.

İştirakçıları salamlayan Prezidentin köməkçisi Hikmət Hacıyev ölkə başçısının media nümayəndələrinə ünvanladığı məktubu oxuyub.

Qeyd edək ki, Forum 4 paneldə keçirilir. "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci paneldə əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada "fake news" ilə mübarizə olacaq. "Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" adlı ikinci paneldə mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika müzakirə predmeti olacaq.

Daha sonrakı "Azərbaycan mətbuatında Şuşa izi" panelində Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, Şuşanın qələm sahibləri və qəzeti ətrafında fikir mübadiləsi aparılacaq. Sonuncu "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" panelində isə əsas mövzular Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı olacaq.скачать dle 10.6фильмы бесплатно
22-07-2022, 11:05
Baxıs: 351
Reyting: