Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçiriləcək

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları (II cəhd) keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00‑da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 110 imtahan binası, 1 921 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 110 ümumi imtahan rəhbəri, 310 imtahan rəhbəri, 2 392 nəzarətçi–müəllim, 269 buraxılış rejimi əməkdaşı, 110 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda I ixtisas qrupu üzrə 21 277, IV ixtisas qrupu üzrə isə 4 062 nəfər olmaqla, ümumilikdə 25 339 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.скачать dle 10.6фильмы бесплатно
21-07-2022, 09:36
Baxıs: 187
Reyting: