Bakıda 19 yaşlı oğlan qız şəkillərindən istifadə edərək başqalarına hədə-qorxu gəldi

Bakıda 19 yaşlı oğlan qız şəkillərindən istifadə edərək başqalarına hədə-qorxu gəldi

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
18-07-2022, 15:54
Baxıs: 276
Reyting: