Azərbaycanın dövlət büdcəsinə dəyişiklik ediləcək

Bu ay "2022-ci il dövlət büdcəsi haqqında" qanuna yenidən baxılacaq.

Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

"Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarını keçib. Əlavə vəsaitlər var. Odur ki, büdcəyə yenidən baxılması zərurəti yaranıb", - deyə o, qeyd edib.

V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir: "Bu işləri daha da sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac ola bilər. Prezident İlham Əliyev həmin işləri diqqət mərkəzində saxlayır, həmin ərazilərə tez-tez səfər edir. Nazirlərin də əksəriyyəti həmin ərazilərdə iş başındadır".

"Bundan başqa, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılması nəzərdə tutula bilər", - deyə deputat əlavə edib.

Xatırladaq ki, bu il büdcə gəlirləri 25 427 milyon manat, büdcə xərcləri isə 28 543 milyon manatdır. Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.

Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranması gözlənilir ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.

Büdcə gəlirlərinin 25 868,4 milyon manatı mərkəzləşdirilmiş, 947,6 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 28 894 milyon manatı mərkəzləşdirilmiş, 985 milyon manatı isə yerli xərclərdir.скачать dle 10.6фильмы бесплатно
1-06-2022, 19:08
Baxıs: 40 480
Reyting: