Sergey Lavrov Türkiyəyə səfər edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
Leqal.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib. “Gələn həftə - iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək. Gəlmək istədiyini özü dedi. Biz də buyurun gəlin dedik”, - o deyib. Onun sözlərinə görə, Rusiyanın XİN başçısı ilə birgə hərbi heyət də gələcək: “Təhlükəsiz dəhlizin açılması, gəmilərin girib-çıxması üçün nələrin edilməsi lazımdır məsələləri müzakirə olunacaq”. |
XƏBƏR LENTİ
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
12-04-2024, 08:27
12-04-2024, 08:27
12-04-2024, 08:27
9-04-2024, 07:06