Selçuk Bayraktar “TEKNOFEST”də çıxış edib

“Gecə-gündüz əməyi keçən Türkiyə Texnologiya Komandası Vəqfindəki (T3 Vəqfi) heyətimiz və könüllülərimiz olmasaydı, bu qədər uğurlu bir “TEKNOFEST” sevincini yaşaya bilməzdik”.

"Leqal.info" “Report” a istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan”da çıxışı zamanı deyib.

“Fəaliyyət göstərdiyi Amerikadan Bakıya gələrək bizi və gənclərimizi şərəfləndirən Nobel mükafatı laureatı, görkəmli alimimiz Əziz Səncərə də ürəkdən təşəkkür edirik. “TEKNOFEST” bayramında iştirak edən azərbaycanlı bacı və qardaşlarıma minnətdarlığımı bildirirəm. Qardaşlığımızı daha da gücləndirəcək “TEKNOFEST”i himayə edən hörmətli cənab Prezident İlham Əliyev və hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla, dəstəyini əsirgəməyən bütün tərəfdaşlarımıza təşəkkürlərimi ifadə edirəm. Can Azərbaycanın Müstəqillik Günü mübarək! Eşq olsun Azərbaycana! Eşq olsun Türkiyəyə!”, - o söyləyib.скачать dle 10.6фильмы бесплатно
28-05-2022, 15:19
Baxıs: 26 522
Reyting: