Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir"

"Bir millət, iki dövlət" olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib.

Leqal.info xəbər verir ki, bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışında “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar deyib.

"1918-ci ildə Azərbaycana dəstək göstərən Qafqaz İslam Ordusu və Qarabağa xidmət edən türk mühəndisləri eyni amala, eyni məqsədə xidmət edirlər. Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ həm də bizim qardaşlığımızın zirvəsidir", - o bildirib.

Onun sözlərinə görə, çox tanınan bir atalar sözü var: “Dost yaman gündə tanınar. Ən yaman gün də daxil olmaqla hər zaman bir arada idik. Dünyada son günümüzə qədər də bir arada olmağa davam edəcəyik".скачать dle 10.6фильмы бесплатно
26-05-2022, 13:47
Baxıs: 34 296
Reyting: