EBRD: "Azərbaycan Avropanın mühüm enerji tərəfdaşıdır"

“Azərbaycan Avropanın mühüm enerji tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarının Avropa bazarına çatdırılmasında həlledici rol oynayır”.

Bunu “Report”a müsahibəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen deyib.

“Bu gün Bakının etibarlı enerji tərəfdaşı kimi rolu xüsusilə vacibdir. Mövcud geosiyasi mühit və qaz qiymətlərinin son qlobal artımı enerji daşıyıcılarının təchizatına etibarlı və şaxələndirilmiş çıxışın zəruriliyini göstərdi”, - o bildirib.

K.Hansen qeyd edib ki, Avropadakı ictimai bəyanatlara əsasən, Azərbaycan bir çoxları tərəfindən təhlükəsiz və sərfəli enerji təchizatına çıxışı təmin etmək üçün böyük potensiala malik tərəfdaş kimi qiymətləndirilir.

Azərbaycandan Avropaya qaz ixracı həcminin yaxın zamanlarda artırılmaq imkanlarından danışan regional direktor söyləyib ki, belə danışıqları gözləmək olar, lakin qaz tədarükünün artırılması son nəticədə mövcud enerji infrastrukturunun ötürücülük imkanlarından asılıdır.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.скачать dle 10.6фильмы бесплатно
25-05-2022, 17:16
Baxıs: 31 606
Reyting: