allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Təyyarənin göyərtəsində dünyaya gələn əfqan uşağına hava gəmisinin adı verildi » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Təyyarənin göyərtəsində dünyaya gələn əfqan uşağına hava gəmisinin adı verildi

Təyyarənin göyərtəsində dünyaya gələn əfqan uşağına hava gəmisinin adı verildi

Əfqanıstandan təxliyyə zamanı təyyarənin göyərtəsində dünyaya gələn qız uşağına təyyarənin şərti çağırış adı verilib.

CNN bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Tod Uoltersə istinadən məlumat yayıb.

Generalın sözlərinə görə, hərbçilər “C-17” təyyarəsinin göyərtəsində dünyaya gələn qızın valideynləri ilə danışıb.

“Onlar körpənin adını Riç qoyublar. Belə ki, körpənin valideynlərini Qətərdən Almaniyanın Ramştayn şəhərinə aparan “C-17” təyyarəsinin şərti çağırış adı məhz Riç idi”, - deyə general Tod Uolters vurğulayıb.
06:52
Baxıs: 128560
Reyting: