allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Sentyabrın 1-də Xankəndində təxribat planlaşdırılır - Rəsmi Bakı sərvaxt olmalıdır... » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Sentyabrın 1-də Xankəndində təxribat planlaşdırılır - Rəsmi Bakı sərvaxt olmalıdır...

Sentyabrın 1-də Xankəndində təxribat planlaşdırılır - Rəsmi Bakı sərvaxt olmalıdır...

Separatçı rejim növbəti təxribata hazırlaşır. Hələ Ermənistanda seçkilər bitəndə Paşinyan hakimiyyətinə müxalif olan qüvvələr iqtidarı qınağa doldurmaq məqsədilə ölkə rəhbərliyini Xankəndinə səfər etməyə təhrik edir, hətta “Ayastan “ blokunun üzvləri Paşinyandan tələb edirdilər ki, gedib yenə ”Qarabağ Ermənistandır” şüarını səsləndirsin. Əlbəttə, Koçaryanın tərəfdarları bu təhriki o məqsədlə edirdilər ki, nüfuzu Qarabağda aşağı olan Paşinyan kütlə tərəfindən qovulsun, daşa basılsın və “Nikol xain” şüarlarını səsləndirsinlər.

Paşinyanın belə bir səfərə hazırlaşmadığına əmin olandan sonra separatçı rejimin liderləri İrəvana gedib və başqa rəsmi şəxsləri sentyabrın 1-də Xankəndinə gəlməyi xahiş ediblər. Separatçı rejimin qondarma parlamentinin başçısı Artur Tovmasyan İrəvanda Ermənistan parlamenti fraksiyalarının başçıları Ayk Koncoryan, Seyran Ohanyan və Artur Vanetsyanla görüşüb və sentyabrın 1-də “Artsaxın müstəqilliyinin 30 illiyinə” həsr olunan növbədənkənar iclasa, eyni zamanda sentyabrın 2-də yubiley tədbirində iştiraka dəvət edib.

Azərbaycan tərəf hələ ilin əvvəlində Ermənistan rəsmilərinin Qarabağa səfərlərinin qəbuledilməz olduğunu və Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının bu səfərlərə mane olmasını bildirsə də, təəssüf ki, bu məsələ öz həllini tapa bilmədi və seyrək olsa da düşmən dövlətin rəsmiləri Qarabağa səfərlərini davam etdirirlər. İndiki halda Azərbaycan tərəf qarşı tərəfə və sülhməramlılara xəbərdarlıq etməli, Ermənistan rəsmilərinin gəlişinə etiraz bildirməli, Müdafiə Nazirliyi isə sərt bəyanatla çıxış edib, Azərbaycan dövlət sərhədini icazəsiz keçən rəsmi şəxslərin təhlükəsizliyinə zəmanət vermədiklərini bildirməlidir.

Qafan-Gorus yolunun tərəfimizdən bağlanmasından sonra belə bir sərt mövqe düşməni təxribatçı əməllərdən çəkinməyə məcbur etməlidir.
06:49
Baxıs: 129680
Reyting: