Prezident lisenziyalar haqqında qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

"Leqal.info"nun xəbərinə görə, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına ümumölkə yerüstü radio yayımçısı, regional yerüstü radio yayımçısı, peyk yayımı həyata keçirən platforma yayımçısı, peyk yayımı həyata keçirməyən platforma yayımçısı, sifarişli yayım xidməti provayderi, sadə platforma operatoru, universal platforma operatoru, multipleks operatoru əlavə edilib.скачать dle 10.6фильмы бесплатно
6-05-2022, 15:00
Baxıs: 42 204
Reyting: