Bəşəriyyət üçün zəruri olan torpaq, su, biomüxtəliflik təhlükə altındadır

Bəşəriyyətin sosial sərvətinin əsasını təşkil edən, onun yaşaması üçün zəruri olan torpaq, su və biomüxtəliflik hazırda təhlükə altındadır.

“Leqal.info” RFI agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) ekspertlərinin mayın 9-da Abicanda (Kot-d'İvuar) BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına (COP15) üzv ölkələrin XV sessiyasının açılışı ərəfəsində planetin vəziyyəti haqqında müntəzəm hesabatında bildirilib.

Qeyd edilir ki, Yerin quru ərazisinin 70%-nin insan tərəfindən mənimsənilməsi ətraf mühitə görünməmiş ziyan vurub.

Ekspertlər xatırladıblar ki, bəşəriyyətin sosial sərvətinin əsasını təşkil edən və onun yaşaması üçün zəruri olan torpaq, su və biomüxtəliflik hazırda təhlükə altında olması yolverilməzdir. Mövcud tendensiyalar davam etsə, genişmiqyaslı, qəfil ekoloji dəyişikliklər riski artacaq.

“Səhralaşma, torpaq eroziyası və kənd təsərrüfatı torpaqlarının itirilməsi ilə mübarizə aparmaq üçün genişmiqyaslı torpaqların bərpasına sərmayə qoyuluşu müsbət həll yoludur”, - hesabatda deyilir: “Bu, ekologiya, iqlim üçün faydalıdır. Həmin ərazilərdə yaşayan xalqların iqtisadiyyatı və mədəniyyətinin qorunub saxlanması üçün faydalıdır. Torpağın bərpası davamlı inkişaf üçün güclü və sərfəli alət olaraq qalır”.

Mütəxəssislər vurğulayıblar ki, təbiəti dəyişdirən insan planetin sağlamlığını təyin edən doqquz meyardan dördünə uyğun olаn kritik xətləri artıq keçib. Ekspertlərin sözlərinə görə, bu, təhlükəli ekoloji dəyişikliklərə səbəb ola bilər.скачать dle 10.6фильмы бесплатно
1-05-2022, 09:04
Baxıs: 28 916
Reyting: