Bakı şəhərinə yeni prokuror təyin edilib

Bakı şəhərinə yeni prokuror təyin edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub.

E.Abbasov bu təyinatadək Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı.

Kamran Əliyevin digər əmri ilə Baş prokurorun böyük köməkçisi Tural Aslanov Təşkilat və icraya nəzarət idarəsi təyin olunub.скачать dle 10.6фильмы бесплатно
27-04-2022, 21:04
Baxıs: 44 193
Reyting: