Hesablama Palatası AZAL-da yoxlamalara başlayıb

“Azərbaycanda elə dövlət təşkilatları var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar”.

Leqal.info-nun xəbərinə görə, bunu Hesablama Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında , qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) yoxlamalara başlanılıb. V.Gülməmmədov bildirib ki, bu qurumda dövlət vəsaitinin və əmlakının auditi aparılır:

“Aparılan yoxlamaların nəticələrinə dair məlumatlar veriləcək”.

V.Gülməmmədov jurnalistlərə açıqlamasında deyib ki, AZAL-da yoxlamaların iyun ayında başa çatdırılması nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно
20-04-2022, 16:13
Baxıs: 32 932
Reyting: