Dövlət evsiz vətəndaşlara ev verir?

Azərbaycan Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının mətbuatda bəzi ekspertlər tərəfindən yanlış şərh edilməsi insanlar arasında çaşqınlıq yaradıb.

Leqal.info xəbər verir ki, vətəndaşlarda belə bir fikir formalaşıb ki, bu sərəncamla bütün evsizlərə ev veriləcək. Hətta sosial şəbəkələrdə vətəndaşlar “Şad xəbər! Hər kəsə ev verilir”, “İcra hakimiyyətlərinə müraciət edin, ev alın”, “Siyahıya düşməyə tələsin”, “Evsizlərə ev verilir” kimi paylaşımlar edirlər.

Məhz buna görə də artıq bəzi insanlar yaşadıqları rayonlar üzrə icra hakimiyyətlərinə kütkləvi şəkildə müraciət etməyə başlayıblar.

Əslində bu sərəncamın əsl məğzi nədən ibarətdir?

Məsələni aydınlaşdırmaq üçün “Norma” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev müraciət etdik. Onun sözlərinə görə, ölkə başçısının məlum sərəncamı bəzi şəxslər tərəfindən yanlış şərh edildiyi üçün insanlar arasında çaşqıınlıq yaradıb: “Hamıda yaşayış sahəsinə ehtiyacı olan şəxslərə ev verilməsi barədə fikirlər formalaşıb. Bu fikirlər tamamilə əsassızdır, belə bir şey yoxdur. Adından göründüyü kimi bu sərəncam korrupsiya məsələləri ilə bağlıdır və işləri şəffaflaşdırmaq məqsədi daşıyır. Bu sərəncamda əhaliyə kütləvi şəkildə ev verilməsi nəzərdə tutulur deyə düşünmək absurddur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti 2022-2024-cü illər ərzində İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc ediləcək və aktuallığı daim təmin ediləcək.скачать dle 10.6фильмы бесплатно
13-04-2022, 22:03
Baxıs: 45 471
Reyting: