Mənzili olmayanlara ŞAD XƏBƏR

Yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahıları dərc ediləcək.

Leqal.info apa-ya istinadla xəbər verir ki, bu, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Nazirlər Kabineti 2022-2024-cü illər ərzində İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc ediləcək və aktuallığı daim təmin ediləcək.скачать dle 10.6фильмы бесплатно
4-04-2022, 21:55
Baxıs: 28 057
Reyting: