Ukrayna müdafiə naziri: "Hazırda Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir"

“Rusiya hərbçiləri yeni qüvvələr toplamaq və hücum istiqamətini dəyişmək üçün Çerniqov və Sumı vilayətlərindən geri çəkilirlər”.

Leqal.info UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov xalqa müraciətində deyib.

“Hazırda Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir. Qoşunlarımız Rusiya hərbçilərini Xersondan geri çəkilməyə məcbur edirlər. Çerniqovda durum çətin olaraq qalır. Mariupolda müdafiəçilər qəhrəmancasına döyüşürlər. Bu gün minlərlə ukraynalı ölkənin gələcəyi uğrunda mübarizə aparır. Qarşı tərəfin texnikası daha çox olsa da, onlar qaçırlar. Çünki onların bizim kimi cəsarətli insanları yoxdur”, - nazir bildirib.скачать dle 10.6фильмы бесплатно
4-04-2022, 15:34
Baxıs: 24 180
Reyting: