Ermənistan ordusu Tovuzu atəşə tutub

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.скачать dle 10.6фильмы бесплатно
4-04-2022, 14:00
Baxıs: 24 151
Reyting: