Azərbaycan Ordusu bölmələri mövqelərindən geri çəkilməyib

Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

Bu barədə "Leqal.info"ya Müdafiə Nazirliyindən bildirilib.
"Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.
Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur", - nazirlikdən bildirilib.скачать dle 10.6фильмы бесплатно
27-03-2022, 22:30
Baxıs: 23 543
Reyting: