"Veysəloğlu” şirkətinə cərimə protokolu yazılıb

Azərbaycanda tanınmış şirkətə cərimə protokolu yazılıb.

Leqal.info-nun xəbərinə görə, "Veysəloğlu” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nəriman Mehdiyevin icaatına verilib. Məhkəmə iclası martın 31-nə təyin edilib.

Bu xətaya görə, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 məbləğində cərimə edilir.скачать dle 10.6фильмы бесплатно
21-03-2022, 15:38
Baxıs: 32 313
Reyting: