Zakir Həsənovun Pakistana səfəri başlayıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно
21-03-2022, 13:51
Baxıs: 32 791
Reyting: