allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Şəkər xəstələri problemlərlə üzləşir.-"Həyatımız acınacaqlıdır" » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Şəkər xəstələri problemlərlə üzləşir.-"Həyatımız acınacaqlıdır"

Şəkər xəstələri problemlərlə üzləşir.-"Həyatımız acınacaqlıdır"

Şəkər xəstəliyi dünyada ən geniş yayılmış xəstəlikdir. XX əsrin 50-ci illərinə kimi postsovet məkanında bu xəstəliyə düçar olanların yaşama şansı az idi. İnsulinin kəşfi şəkər xəstələrini həyata bağladı.
Azərbaycan əhalisi arasında xəstəlik sürətlə yayılmaqdadır. Əgər əvvəllər şəkər xəstələri qocalar idisə ,indi xəstəlik cavanlaşıb.Böyük ehtimalla irsi olan xəstəliyin ölkədə geniş yayılması qorxu, stress,sosial durumla əlaqələndirilir. Belə xəstələr hər gün insulin adlanan preparat qəbul etməyəəhkumfurlar. Qanunla bu iynə qeydiyyatdan keçmiş xəstələrə pulsuz verilməlidir. Amma bu çox çətinliklə başa gəlir. Ölkənin müxtəlif yerlərindən bununla bağlı vətəndaş şikayətləri ilə rastlaşırıq.
Laçın sakini olan Baxışova Pəri Şahmirad qızı və onun oğlu Baxışov Nazir Baxış oğlu hər ikisi şəkərli diabetdən əziyyət çəkirlər . Ağcabədi rayonunda məskunlaşmış ailə preparatları ayların şəxsi büdcələri vasitəsi ilə əldə edirlər. Vətəndaşlar qeyd edir ki, xəstəxananın qarşısında hər ay eyni növbə problemi yaşayırlar. Növbə onlara çatanda isə bildirilir ki, dərman(iynə) bitib. Dəfələrlə aidiyyəti üzrə yuxarı instansiyalara müraciət etsələr də heç bir nəticə əldə edilməyib.
Tovuz sakini 71 yaşlı Huri Quliyeva da eyni problemlə üz-üzədir. O , dərman ehtiyacları üzündən dəfələrlə xəstəxanada insident yaşayıb. H. Quliyeva qeyd edir ki,
Ona dövlət tərəfindən ayrılan dərmanları və preparatları vaxtlı-vaxtında ala bilmor. Aldıqda belə təqdim olunan dərmanların keyfiyyətsizliyi açıq-aşkar hiss olunur.
10:12
Baxıs: 11760
Reyting: