KİV: “Mövlud Çavuşoğlu Moskvaya səfər edəcək”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Leqal.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Türkiyənin XİN başçısının rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən gün tərəflər arasında telefon danışığı olub. Onlar sonuncu dəfə martın 10-da Türkiyənin Antalya şəhərində üçtərəfli formatda görüşüblər.скачать dle 10.6фильмы бесплатно
15-03-2022, 17:00
Baxıs: 22 202
Reyting: