Baş nazir: "Bu günədək Ukraynadan Azərbaycana 9 246 nəfər təxliyə edilib"

“Qonşu ölkələrdə cərayan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan vətəndaşlarımızın təxliyəsi məsələsi diqqət mərkəzindədir”.

Leqal.info-nun xəbərinə görə, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, bununla bağlı təxirəsalınmaz tədbirlər görülür: "Bu gün səhər saatlarına olan məlumata görə, Ukraynada yaşayan 9 246 vətəndaşımız təxliyə edilib. Hazırda proses davam etdirilir".скачать dle 10.6фильмы бесплатно
15-03-2022, 12:00
Baxıs: 22 870
Reyting: