allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info 2 saylı “Kliniki Psixiatriya” xəstəxanasının Baş həkimi- İLQAR ƏFƏNDİYEV: “Həkimlərin hamısı eyni səviyyədə ola bilməz!” » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

2 saylı “Kliniki Psixiatriya” xəstəxanasının Baş həkimi- İLQAR ƏFƏNDİYEV: “Həkimlərin hamısı eyni səviyyədə ola bilməz!”

2 saylı “Kliniki Psixiatriya”  xəstəxanasının  Baş həkimi- İLQAR ƏFƏNDİYEV: “Həkimlərin hamısı eyni səviyyədə ola bilməz!”


Hər bir insan ürəyinin hökmü ilə seçdiyi və sevdiyi peşə ilə məşğul olanda, öz peşəsinin vurğunu olanda gördüyü işlərin cəmiyyət üçün faydası böyük olur.Hər bir həkim, xeyirxah və nəcib peşə sahibi olduğuna görə, el arasında sevilir. O, bilik və bacarığı ilə ibrətamiz bir həyat yolu keçib. Xalqına sahib olduğu həkim sənəti ilə lazım olan səviyyədə xidmət edir.

Xeyirxah insan, dəyərli həkim,ziyalımız İlqar doktor səhiyyə də göstərdiyi xidmətlərinə görə, Cənab nazir tərəfindən 2 saylı “Kliniki Psixiatriya” xəstəxanasına BAŞ HƏKİM vəzifəsinə layiq görülmüşdür.

Təbrik edirik!

Vaxtaşırı baş verən yeniliklərin, məlumatların həkimlərə çatdırılmasını vacib hesab edən İlqar Əfəndiyev qeyd edib ki, səhiyyə müəssisələrində həkimlərin hamısı eyni səviyyədə ola bilməz!

Baş həkimlər işlərini elə qurmalıdır ki, rəhbərlik etdikləri tibb müəssisəsində həkimlər özü-özünü təkmilləşdirə bilsin. Bunu “Azərbaycan İnformasiya Agentliyi”nə baş həkim vəzifəsinə yeni təyin edilmiş İlqar Əfəndiyev xüsusi olaraq bildirib.

Mən də, media əməkdaşı olaraq fürsətdən istifadə edib, çox hörmətli İlqar doktorumuzu bu yüksək dövlət vəzifəsinə təyin olunması ilə bağlı və həmçinin 17 iyun Səhiyyə İşçiləri Günü münasibətilə ürəkdən təbrik edirəm. Ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıram!

Əlbəttəə, mən hər zaman həkimlərə hörmətlə yanaşmışam, onların peşəsini yüksək dəyərləndirmişəm. Qeyd edim ki,uzun illərdir ki, bu xəstəxanada şöbə müdiri vəzifəsində çalışan LEYLA BƏŞİROVA haqqında isə yazmamaq olmur. Belə ki, həkimlə bizim ilk tanışlığımız demək olar ki, heç təsadüfi deyil, müəyyən işlə bağlı olmuşdu.

Məlumat üçün bildirim ki, mən ilk öncə, İlqar Əfəndiyevin qəbulunda oldum. Etiraf edim ki, həm Baş həkimin özü, həm də onun tapşırıqlarını layiqincə icra edən həkim Leyla Bəşirova da çox mülayim və gülərüz idi. Doktorun müayinəsindən çox razı qaldım. Ölkəmizdə bu cür savadlı həkimlərin olması bizi çox sevindirir.

Bir daha təşəkkürlər!

Əminliklə deyə bilərəm ki, Leyla həkim çox mülayim təbiyyətli, mehriban olduğu üçün mən onun xəstələrlə necə davrandığının şahidi olmuşam.
Müsahibim, Leyla həkim xəstələrindən çoxunun sağalaraq evlərinə yola salınmasından elə sevinclə danışırdı ki, onun xəstələri üçün həqiqətən də şərəfli bir həkim olduğunu və keçirdiyi həyəcanını görməmək olmazdı.

O, haqlı olaraq qeyd edir ki, nəzakət və davranış həkimin misilsiz silahıdır.Bu münasibətdə onun peşəkarlığının, mənəviyyatının və psixoloji keyfiyyətlərinin bütün incəlikləri birləşib ki, bu da həkimə insanın təbiətini, ona məxsus fərdiliyi dərk etməyə kömək edir.

Şübhəsiz, bunu öz tabeliyində olan həkimlərdən tələb edən Leyla Bəşirova ilk növbədə özü buna əməl edir. Dünən, bu gün yox, bütün həkimlik ömrünü o bu qayə ilə yaşayıb. Və bu gün çox təəssüflə qeyd edir ki, “indiki dövrdə ölkəmizin qabaqcıl ölkələr sırasına qoşulduğu bir vaxtda həkimlərimizin əksəriyyəti bunu unudur.

Axı,həqiqi həkimin peşəkarlığının gücü təkcə bilik və bacarığının dərinliyində yox, həm də qəlbinin mərhəmətində, şəxsiyyətinin miqyasındadır.”-deyərək, müsahibim sözlərinə əlavə etdi.

Leyla xanımla razılaşmamaq olmur. Çünki, buna adamı inandıran və bu qiymətli fikirləri qəbul etməyə məcbur edən onun özünün həkim şəxsiyyətinin miqyasıdır. Şəxsiyyətin əsasında isə onun xarakteri dayanır.Bəli, mərd, ədalətli, xeyirxah, prinsipial və qətiyyətli həkim Leyla Bəşirovanı bu gün biz mətbuat olaraq səhiyyə sistemində məhz belə tanıyır, hörmət və ehtiram göstəririk.

Və sonda Leyla Bəşirovanı 17 iyun Səhiyyə İşçilərinin peşə bayramı münasibətilə bütün jurnalistlərimiz adından ürəkdən təbrik edir, Allahdan ona sevinc, sevgi payı diləyirəm. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin.

Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın.
Allah sizə uzun ömür versin, bu tutduğunuz gözəl sənəti hələ çox davam etdirəsiniz. Çünki, sizə ehtiyacı olan çox xəstələr var.

Qeyd edim ki, bu xanım öz işinin yüksək mütəxəsisi olmaqla yanaşı, çox mehriban, diqqətcil həkimdir. Onun apardığı müalicə və müayinənin dəqiq olduğu üçün ona mən ailəmilə bərabər düşünmədən müraciət etmişdik.

Gələcək sağlamlığımızın qeydinə qalan Leyla həkimin bizə olan qayğıkeşliyi üçün ona öz və ailəm adından dərin minnətdarlığımı bildirirəm. Bir daha rəhbərliyinizə və kollektivinizə TƏBRİKLƏR!

2 saylı “Kliniki Psixiatriya”  xəstəxanasının  Baş həkimi- İLQAR ƏFƏNDİYEV: “Həkimlərin hamısı eyni səviyyədə ola bilməz!”


“Azərbaycan İnformasiya Agentliyi”nin,
Xüsusi Müxbiri Aybəniz Füzuliqızı Abdulova.
15:05
Baxıs: 66560
Reyting: