Azərbaycanda xəbər “oğurluğunun" qarşısının necə alınacağı açıqlanıb

Azərbaycanda media subyektinin digər media subyektinin informasiyasından necə istifadə edəcəyi məlum olub.

Leqal.info-nun xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

Bundan əlavə, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.

Bu hallar dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.скачать dle 10.6фильмы бесплатно
10-12-2021, 13:59
Baxıs: 36 226
Reyting: