Bu il Azərbaycanda yol qəzalarında 190 nəfər piyada ölüb

Azərbaycanda ötən 8 ay ərzində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Leqal.info-ya bildirilib ki, cari ilin 8 ayı ərzində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 41%-ni piyadaların vurulması təşkil edib.

Nəticədə 190 nəfər həlak olub, 267 nəfər isə xəsarət alıb. Bakı şəhəri üzrə qeydə alınan qəzaların isə daha çoxunu, yəni 56,4%-ni piyada vurma hadisələri təşkil edib ki, bu da 80 nəfərin həyatına son qoyub, 107 nəfərin yaralanmasına səbəb olub.скачать dle 10.6фильмы бесплатно
9-09-2021, 15:54
Baxıs: 35 590
Reyting: