Vaqif Dərgahlı yeni vəzifəyə təyin edilib

Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mətbuat Xidmətinin rəisi vəzifəsi isə Xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.скачать dle 10.6фильмы бесплатно
1-09-2021, 12:42
Baxıs: 34 547
Reyting: