Seninem.Az > Gündəm / Manşet Yuxarı > Narkomaniya ilə mübarizədə elmi yanaşma: "Öncə dinlə"

Narkomaniya ilə mübarizədə elmi yanaşma: "Öncə dinlə"


Tarix: 25-12-2020, 23:32. Müəllif: admin
Son illər bütün dünyada narkotik istifadəçilərinin yaş həddində cavanlaşma müşahidə edilir. 2019-cu ilin hesabatında (BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin hesabatı) dünyada 35 milyon insanın narkotik asılılığının olduğu və bundan daha çox 18-25 yaş arası gənclərin əziyyət çəkdiyi açıqlanıb. Bu baxımdan narkotik və toksinli maddələrə meylli yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, əhalini bu təhlükədən qorumaq, narkotik maddələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq mühüm məsələlərdəndir.

Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər. Psixoloji sağlamlıqlarına dəstək olmaq üçün ilk addım isə uşaqları və gəncləri dinləməkdir.

Bildiyiniz kimi, səhiyyəyə aid 3 saylı Dayanıqlı İnkişaf Məqsədinin əsas hədəflərindən biri narkotiklərdən istifadənin qarşısının alınmasıdır. Bu hədəfə çatmaq məqsədilə BMT-nın Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) “Öncə Dinlə” (“Listen First”) kampaniyasını həyata keçirir.

Qlobal kampaniya #ListenFirst həştəqindən istifadə edərək narkomaniya ilə mübarizədə elmi yanaşmaya dəstəyin artırılması məqsədi daşıyır.

Kampaniya çərçivəsində hazırlanmış video-çarx və məlumatlandırıcı vərəqləri internet səhifə və sosial media hesablarımızda paylaşmaqla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu kampaniyaya dəstəyimizi göstərir və bu sahədə ölkədə həyata keçirilən maarifləndirmə işinə töhfə verəcəyinə inanırıq.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt