Seninem.Az > Dünya / Manşet Yuxarı > Paşinyan Sünikə vertolyotla daxil olub

Paşinyan Sünikə vertolyotla daxil olub


Tarix: 21-12-2020, 12:22. Müəllif: admin
Sünik sakinlərinin yolu bağlayaraq Nikol Paşinyanın bölgəyə girməsinə mane olmasına baxmayaraq Baş nazir bölgəyə daxil ola bilib.

Leqal.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyanın bölgəyə girməsinin qarşısını almaq üçün yolu bağlayan Sünik sakinləri başları üzərində vertolyotun hərəkət etdiyini müşahidə ediblər.

“Bu odur, başqa kim olacaq?! Üstümüzdən uçmaq istəyir”, - deyə sakinlər qışqıraraq “Nikol xaindir” şüarını səsləndirməyə başlayıblar.

“Onlar bölgələri üçün deyil, bütün Ermənistan naminə etiraz etdiklərini bildiriblər.

Hazırda Paşinyanın Sünik bölgəsinin yaşayış məntəqələrini ziyarət etdiyi və yerli sakinlərlə görüşdüyü bildirilir.

“Divanlarda oturan İrəvan zombiləri Ermənistanda nə baş verdiyini bilmirlər. Dürüst bir insansansa, həqiqətən insanlara yaxınsansa, niyə polislə gəzirsən? Çıx, insanlarla danış”, - deyə etirazçılardan biri Paşinyana müraciət edib.

скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt