Seninem.Az > Dünya / Manşet Yuxarı > Türkiyədə 8 PKK terrorçusu məhv edilib
Türkiyədə 8 PKK terrorçusu məhv edilibTarix: 16-06-2019, 18:49. Müəllif: admin |
Türkiyənin güc strukturları ölkənin cənub-şərqində PKK silahlılarına qarşı növbəti antiteror əməliyyatı keçirib. Bu barədə "Leqal.info" "Anadolu" agentliyinə istinadən xəbər verir. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şirnakda keçirilən əməliyyat zamanı 8 PKK terrorçusu məhv edilib. Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə dinc sakinlərə, habelə dövlət orqanlarına qarşı silahlı hücumlar, terror aktları təşkil edirlər. ABŞ və Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilat siyahısına daxil edib. Geri Qayıt |