Seninem.Az > Dünya / Manşet Yuxarı > Qazaxıstan prezidentinin inauqurasiyası xarici qonaqlar olmadan keçiriləcək

Qazaxıstan prezidentinin inauqurasiyası xarici qonaqlar olmadan keçiriləcək


Tarix: 11-06-2019, 15:25. Müəllif: admin
Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevin inauqurasiya mərasimi xarici qonaqlar olmadan keçiriləcək.

"Report" "İnterfaks-Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Kurmanqali bildirib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov isə, öz növbəsində, qeyd edib ki, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpus mərasimə dəvət olunub.

Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti iyunun 12-də paytaxt Nur-Sultan şəhərində and içəcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt