Seninem.Az > Dünya / Manşet Yuxarı > Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub


Tarix: 14-05-2019, 08:58. Müəllif: admin
Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Leqal.info xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

Bildirilir ki, tərəflər Suriyadakı vəziyyəti, eləcə də, İdlibin gərginlik zonasındakı şəraiti müzakirə ediblər.

"Suriya nizamlanmasının müxtəlif aspektləri üzrə hərbi idarələr də daxil olmaqla, Rusiya və Türkiyə arasında bundan sonra da səylərin sıx əlaqələndirilməsinin vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilir.

Bundan əlavə, Putin və Ərdoğan söhbət zamanı ikitərəfli münasibətlərin gündəlikdə duran aktual məsələlərinə, həmçinin bir sıra beynəlxalq problemlərə toxunublar.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt