Seninem.Az > Dünya / Manşet Yuxarı > Şeremetyevo aeroportunda yanğın səbəbindən Moskva-Bakı reysində gecikmə olacaq

Şeremetyevo aeroportunda yanğın səbəbindən Moskva-Bakı reysində gecikmə olacaq


Tarix: 6-05-2019, 07:34. Müəllif: admin
Moskvanın Şeremetyevo hava limanının uçuş-eniş zolaqlarının müvəqqəti olaraq bağlanması səbəbindən "SU 1852" saylı Moskva-Bakı reysində gecikmə olacaq.

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Ötən gün axşam saatlarında "Aeroflot" aviaşirkətinə məxsus təyyarə Şeremetyevo hava limanında eniş edərkən qəzaya uğrayıb. Nəticədə yanğın baş verib. Təyyarənin göyərtəsində olan 78 nəfərdən 37-si sağ qalıb.

Məlumata görə, "Aeroflot" aviaşirkətinin həyata keçirəcəyi "SU 1852" saylı birbaşa Moskva-Bakı reysi gecikmə səbəbindən Bakı vaxtı ilə 1:30-da yola düşəcək və gecə saat 03:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt