Seninem.Az > Dünya / Manşet Yuxarı > Vladimir Zelenski Ukraynada prezident seçkilərinin qalibi oldu

Vladimir Zelenski Ukraynada prezident seçkilərinin qalibi oldu


Tarix: 21-04-2019, 21:38. Müəllif: admin
Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

Leqal.info xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. "Exit poll"un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenko seçicilərin 25,3 faizinin səsini toplayıb.

Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə birinci turun qalibləri - hazırkı prezident Petro Poroşenko və Vladimir Zelenski iştirak ediblər. / Reportскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt